Azərbaycanlı qapıçı Eldar Tağızadə bu yaxınlarda "Barselona"dan icarə əsasında yenidən Sloveniyanın “Bistritsa” klubuna geri qayıdıb.
Sportal.az xəbər verir ki, bu gün o, Sloveniyanın 2-ci liqasının 11-ci turunda "Primorye" ilə oyunda meydana çıxıb.
Tağızadə qapısının toxunulmazlığını saxlaya bilib, görüş 1:0 onun komandasının xeyrinə başa çatıb.
"Bistritsa" hazırda 17 xalla 7-ci yerdədir. Tağızadə ötən mövsümdə də "Bistritsa"da icarə əsasında oynayıb.
