“Milan”ın baş məşqçisi Ruben Amorim İtaliya çempionatının 7-ci turunda “Atalanta”ya qarşı keçirilən oyunu dəyərləndirib.
Sportal.az xəbər verir ki, bu gün “Milan” doğma meydanda rəqibini 3:2 hesabı ilə məğlub edib.
“Əlbəttə, nəticə ən vacib amildir, lakin oyunu da təhlil etməliyik. Vəziyyət tamamilə dəyişdi. ‘Atalanta’nın qoluna qədər oyuna nəzarət edirdik və qol buraxmaqdan daha çox dördüncü qolu vurmağa yaxın idik. Lakin bəzi yanlış qərarlar, xüsusilə hücumların qurulması zamanı etdiyimiz səhvlər rəqibə imkanlar yaratdı. Bu baxımdan oyunumuzu inkişaf etdirməliyik”, – deyə Amorim qeyd edib.
Baş məşqçi heyətdə aparılan rotasiyanın nəticəyə təsir etdiyini də vurğulayıb.
“Heyətdəki rotasiya bizə çox kömək etdi. Futbolçular həqiqətən böyük səylə çalışırlar. Əlbəttə, pressinq sistemimizdə etdiyimiz dəyişikliklərin mənimsənilməsi vaxt tələb edir. Lakin artıq hansı məqamlarda pressinq tətbiq etməli olduğumuzu daha yaxşı anlayırıq. Düzgün mövqe tutduqda bunun daha asan olduğunu hiss edirik”, – deyə o əlavə edib.
“Milan” 15 xalla A Seriyasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Komanda növbəti turda, oktyabrın 25-də səfərdə “Udineze” ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi
