Futbol üzrə Azərbaycan II Liqasında VIII turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün "Qaradağ Lökbatan" öz meydanında "Dinamo"nu qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 21-ə yüksəldən "Qaradağ Lökbatan" turnir cədvəlinin zirvəsində qərarlaşıb. 12 xalı olan "Dinamo" isə 5-ci yerdədir.
"Qaradağ Lökbatan" - "Dinamo" 3:0
Qollar: Ə.Hacılı, 26, N.Bayramov, 75, İ.Əliyev, 90+4
Qırmızı vərəqə: V.Seyidov, 70
