"Sabah"ın gənclər komandası "Borussiya"ya uduzdu

18:20 - 20 Oktyabr 2026

"Sabah"ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının 3-cü turunda növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, təmsilçimiz Almaniyanın "Borussiya" (Dortmund) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

"Bank Respublika Arena"da keçirilən görüş almanların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah" hər üç matçda məğlub olub və hazırda 35-ci pillədədir.

Xəbər xətti