"Sabah"ın futbolçusu üçün Bundesliqa variantı

11:23 - 24 Oktyabr 2026

"Sabah"ın futbolçusu Coy-Lens Mikels karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Almaniyada doğulmuş ruandalı vinger Münhenqladbax "Borussiya"sına keçməyi arzulayır. Mikels yanvardan sonra klubunu dəyişmək fikrindədir.

32 yaşlı ön xətt oyunçusunun Azərbaycan çempionu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir. Xəbərdə qeyd olunub ki, təcrübəli futbolçu ilə klub arasındakı şifahi razılaşmaya görə, 400-500 min avroluq təklif gəlsə, onun gedişinə icazə veriləcək.

Qeyd edək ki, Ruanda millisinin üzvü olan Coy-Lens Mikels carri mövsümdə "Sabah"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti