"Ölkə prezidentinin təbrik etməsi əlavə motivasiya verəcək"

10:48 - 25 Oktyabr 2026

"Ölkə prezidentinin komandanı qəbul etməsi və təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək".

Sportal.az xəbər verir ki, bunu futbol üzrə U-15 Azərbaycan milli komandasının baş məşqçisi Famil Xəlilov deyib.

Mütəxəssis yığmamızın Bakıda start götürən U-15 Dünya Kuboku və Festivalında ilk oyunu haqda danışıb.

O, Şərqi Timor üzərində 6:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra ölkə başçısının onları təbrik etdiyini söyləyib:

 "İlk hissədə bir az çətinlik yaşadıq. Sonra toparlanaraq layiq olduğumuz qalibiyyət əldə etdik. Qarşıda daha güclü komandalarla oyunlar var".

Xatırladaq ki, DÇ oktyabrın 30-da başa çatacaq.

Komandamız oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da Avstraliya, oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti futbolçuları ilə qarşılaşacaq.

Xəbər xətti