"Kristal Pelas"ın futbolçusu İsmaila Sarr karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" seneqallı vingeri transfer etmək istəyir. Bu barədə "Football Insider" portalı məlumat yayıb.
İstanbul klubu yayda Sarr üçün təklif göndərmişdi və rədd cavabı almışdı. "Qalatasaray" 28 yaşlı ön xətt oyunçusu üçün yanvarda yenidən hərəkətə keçəcək.
Təcrübəli futbolçu ilə Səudiyyə Ərəbistanı klubları da maraqlanır.
Qeyd edək ki, "Kristal Pelas" İsmaila Sarrı 2024-cü ilin yayında "Marsel"dən 15 milyon avroya transfer edib. Seneqal millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı5 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.
saytlarin hazirlanmasi
