Rəqibi qıcıqlandırmaq istəyən Neymar özü qırmızı vərəqə aldı - VİDEO

21:35 - 25 Oktyabr 2026

Neymar Braziliya çempionatının XXXII turunun matçını vaxtından əvvəl başa vurub.

Sportal.az xəbər verir ki, "Santos"un kapitanı "Baiya" ilə görüş zamanı qırmızı vərəqə alaraq meydançadan qovulub.

​İnsident braziliyalı vingerlə rəqib komandanın oyunçusu arasındakı sözlü mübahisədən sonra baş verib. Epizodların birində Neymar əli ilə ağzını örtüb, "Baiya"nın oyunçusu isə hakimin diqqətini hücumçunun bu davranışına yönəldib. Belə hərəkətlər yeni qaydalara əsasən ciddi pozuntu kimi qiymətləndirilə bilər.

Hakim ​VAR vasitəsilə epizodun təkrarına baxdıqdan sonra Neymara birbaşa qırmızı vərəqə göstərmək qərarına gəlib.

Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.

Xəbər xətti