“Mançester Yunayted” qələbəsiz oyunlar seriyasını davam etdirib.
Sportal.az xəbər verir ki, bu gün Maykl Kerrikin komandası İngiltərə Premyer Liqasının 8-ci turunda “Bornmut”a 0:3 hesabı ilə məğlub olub. Bu, mankunianların son 8 oyunda 5-ci məğlubiyyəti olub. Komanda digər 3 qarşılaşmada isə heç-heçə edib.
Qeyd edək ki, “Mançester Yunayted” cari mövsümdə keçirdiyi 12 oyunda cəmi 2 qələbə qazanıb. Komanda “İpsviç”i 5:2, “Sabah”ı isə 4:0 hesabı ilə məğlub edib.
“Mançester Yunayted” son iki oyunda qapısından 7 top buraxıb.
saytlarin hazirlanmasi
