Daha bir güləşçimiz dünya çempionu oldu

00:08 - 26 Oktyabr 2026

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının qalibi olub.

Sportal.az xəbər verir ki, 77 kq çəki dərəcəsində yarışan idmançı finalda moldovalı Aleksandrin Qutunu məğlub edib.

Noyabrın 1-i başa çatacaq turnirdə daha əvvəl Eldəniz Əzizli də dünya çempionu adını qazanıb.

Xəbər xətti