Millimiz Haitiyə böyük hesabla uduzdu

19:35 - 26 Oktyabr 2026

Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan dünya çempionatı və festivalında növbəti oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv günün ikinci matçında Haiti millisi ilə qarşılaşıb. Matç rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz bundan öncə İsrail yığması ilə üz-üzə gəlib və 3:1 hesabı ilə qalib gəlib. Bununla da Azərbaycan seçməsi millisi 9 xalla qrupda 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, U-15 millimiz daha əvvəl Şərqi Timor yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib, Avstraliyaya isə 1:3 hesabı ilə uduzub.

Xəbər xətti