Braziliyanın aşağı liqa təmsilçisi “Arapirakunse”nin futbolçusu Aylton da Silva Azərbaycanda oynamaq niyyətindədir.
Sportal.az saytına verilən məlumata görə, 31 yaşlı sol cinah müdafiəçisi bunun üçün menecerinə ona Premyer Liqamızdan klub tapmağı xahiş edib.
O, yüksək liqada çıxış edən klublardan birində oynamağa hazırdır. Artıq bir neçə klubla danışıqlara start verildiyi də bildirilir.
Ayltonun qış “transfer pəncərəsi” zamanı ölkəmizə geri qayıdacağı gözlənilir.
Qeyd edək ki, braziliyalı “Fluminense”, “Neftçi”, “Eştoril”, “Qarabağ”, “Ştuttqart”, “Braqa”, “Midtyulland”, “Pafos”, “Nautiko”, “Pafos”, “Rodina” kimi klublarda oynayıb.
