"Milan"ın Bruno Fernandeş istəyi - yanvarda transfer oluna bilər

22:41 - 27 Oktyabr 2026

“Milan” yanvar ayında “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşi transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb. Mənbənin məlumatına görə, portuqaliyalı futbolçunun İngiltərə Premyer Liqasında “Bornmut”a qarşı keçirilən və 0:3 hesabı ilə başa çatan matçda ehtiyat oyunçular skamyasında qalmasından sonra klubla münasibətləri pisləşib.

“Milan”a Bruno Fernandeşi yaxından tanıyan Ruben Amorim rəhbərlik edir. Fernandeş artıq yanvar ayında transferini tələb edə bilər.

Portuqaliyalı futbolçunun müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir və daha bir mövsüm uzadılma opsiyasını nəzərdə tutur. Müqavilədə xarici klublar üçün 65 milyon avroluq sərbəstqalma məbləği də müəyyən edilib ki, bu da İtaliya klubunun maliyyə imkanlarını aşır.

Xəbər xətti