Millimiz Mozambikə qalib gəldi

14:15 - 29 Oktyabr 2026

Oktyabrın 29-da Hövsan Yarış Kompleksində baş tutan qarşılaşmada millimiz Mozambik yığmasını 4:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin heyətində Həsən Məhmədov, Qafar Babayev və Yusif Əlizadə fərqləniblər. Görüşdə daha bir qol avtoqol nəticəsində qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə C səbətində 17-20-ci yerlər, ümumi reytinqdə isə 81-84-cü yerlər uğrunda mübarizə aparır. Komandamız növbəti oyununu bu gün saat 19:30-da Hövsan Yarış Kompleksində Vyetnam yığmasına qarşı keçirəcək.

Xəbər xətti