İngiltərə Liqa Kubokunda 1/4 finalın püşkü atıldı

15:55 - 29 Oktyabr 2026

İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsinin oyunlarının böyük əksəriyyəti başa çatıb.

Sportal.az xəbər verir ki, bu səbəbdən təşkilatçılar "Everton" və "Nyukasl" arasındakı raundun son oyununu gözləməyərək 1/4 finalın püşkatmasını keçiriblər.

Yarımfinala çıxmaq üçün aşağıdakı komandalar üz-üzə gələcəklər:

​"Flitvud Taun" - "Everton" / "Nyukasl"

"Mançester Siti" - "Bredford Siti"

"Kristal Pelas" - "Sanderlend"

"Liverpul" - "Bornmut"

​1/4 final mərhələsinin matçları 14 dekabr tarixində başlayan həftə ərzində keçiriləcək.

Xəbər xətti