"Kəpəz" Premyer Liqa matçına ciddi itki ilə çıxacaq

12:56 - 31 Oktyabr 2026

"Kəpəz" sabah Misli Premyer Liqasının X turu çərçivəsində "İmişli"yə qarşı matça itki ilə çıxacaq. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisinin yarımmüdafiəçisi Azuma Abubakar zədə səbəbindən sabahkı oyunda iştirak edə bilməyəcək.

Heyətdə digər zədəli və ya cəzalı futbolçu yoxdur. 

"Sarı-göylər" bu gün saat 17-də baş tutacaq məşqlə "İmişli" ilə matçın hazırlığını yekunlaşdıracaq. 

Xatırladaq ki, "Kəpəz" - "İmişli" görüşü sabah saat 17:30-da Gəncə şəhər stadionunda start götürəcək.

Xəbər xətti