Azərbaycandan sonra Ermənistan klubunda oynadı, Hindistana yollandı - FOTO

11:48 - 30 Oktyabr 2026

“Sumqayıt”ın keçmiş hücumçusu Momo Yansane özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, 29 yaşlı forvard Hindistanda oynayacaq.

Qvineyalı futbolçu “Kerala Blasters”lə müqavilə imzalayıb. O, 2027-ci il mayın 31-nə qədər Hindistan klubunda oynayacaq.

Qeyd edək ki, Momo 2025-ci ildə “Sumqayıt”da çıxış etmişdi, oradan isə Ermənistanın “Pünik” klubuna keçmişdi.

Ümumilikdə isə Yansane “Nijni Novqorod”, “Şerif”, “Riyeka”, “Torpedo”(Kutaisi), “Omoniya”(Aradiuppu) kimi klublarda çıxış edib.


 

Xəbər xətti