“İnter” Argentina millisinin və “River Pleyt”in qapıçısı Santiaqo Beltranı heyətinə qatmağı planlaşdırır.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “nerazzura” 22 yaşlı qolkiperin keçidini bu yay reallaşdırmaq istəyir.
“River Pleyt” argentinalı qolkiper üçün 12 milyon avro tələb edir. Onun Argentina klubu ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir.
