"Neftçi"nin futbolçusu mükafatlandırıldı

15:52 - 1 Noyabr 2026

Misli Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Neftçi” futbol klubunun üzvü Qustavo Klisman mükafatlandırılıb.

Sportal.az xəbər verir ki, sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı Misli Premyer Liqasının X turunun Şamaxı şəhər stadionunda keçirilən “Şamaxı” – “Neftçi” görüşündən əvvəl Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.


Xəbər xətti