"Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm" - "Barselona"nın futbolçusu

23:32 - 2 Noyabr 2026

Entoni Qordon “Barselona”da özünü “Everton” və “Nyukasl”la müqayisədə daha rahat hiss etdiyini bildirib.

Sportal.az xəbər verir ki, "Barselona"nın vingeri öz açıqlamasında bunları qeyd edib:

“Bu üç klubun hər birində keçirdiyim vaxtdan çox zövq almışam. Çünki onların hər biri insan kimi formalaşmağıma və inkişaf etməyimə özünəməxsus şəkildə kömək edib. Bütün turnirlərdə bütün titullar uğrunda mübarizə aparmaq isə, şübhəsiz ki, ən xoş hissdir. İnsanlar burada təzyiqin daha çox olduğunu düşünürlər. Amma əslində, bu təzyiq liqada qalmaq və ya Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə apararkən hiss ediləndən daha azdır.

Mən bütün titulları qazanmaq istəyirəm. Ən yaxşı olmaq istəyirəm. Bu klub mənə həmin məqsədlərə çatmaq imkanı verir. Komandaya kifayət qədər yaxşı uyğunlaşmışam. Amma daha çox vaxt keçdikcə daha böyük işlər görə biləcəyəm və əminəm ki, belə də olacaq”.

Xəbər xətti