"Real"ın hücumçusu Endrik qış transfer pəncərəsi dövründə klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyo braziliyalı forvardı icarəyə göndərmək fikrinə müsbət yanaşır. Daha əvvəl mediada 20 yaşlı futbolçunun "Milan"a icarəyə verilə biləcəyi ilə bağlı xəbərlər geniş yayılmışdı.
Gənc hücumçunun "kral klubu" ilə hazırkı müqaviləsi 2030-cu ilin ortalarına qədər qüvvədədir. "Transfermarkt" portalı braziliyalı futbolçunun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Endrik cari mövsümdə "Real"ın heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
