“Boka Xuniors” Argentina çempionatında “River Pleyt”i məğlub edib.
Sportal.az xəbər verir ki, Argentina Primerasının 15-ci turu çərçivəsində “Estadio Alberto Xasinto Armando” stadionunda keçirilən qarşılaşma “Boka Xuniors”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“River Pleyt” matçı 9 nəfərlə tamamlayıb. Görüşün 10-cu dəqiqəsində Lukas Martines Kuarta qırmızı vərəqə alıb, 79-cu dəqiqədə isə Qonsalo Montiel meydandan qovulub.
Qeyd edək ki, “River Pleyt” sonuncu dəfə 27 aprel 2025-ci ildə keçirilən "Superklasiko"da 2:1 hesabı ilə qalib gəlib. Həmin vaxtdan bəri “Boka Xuniors” ardıcıl üç qarşılaşmada qələbə qazanıb.
saytlarin hazirlanmasi
