Azərbaycanlı qolkiper Sloveniyada növbəti matçına çıxdı

22:23 - 1 Noyabr 2026

Azərbaycanlı qapıçı Eldar Tağızadə Sloveniyanın “Bistritsa” klubunun heyətində növbəti oyununa çıxıb.

Sportal.az xəbər verir ki, onun komandası bu gün Sloveniya II Liqasının 13-cü turu çərçivəsində doğma meydanda “Krşko”nu 2:0 hesabı ilə məğlub edib. Tağızadə qarşılaşmada 90 dəqiqə meydanda olub.

Hazırda “Bistritsa” 23 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti