"Vikinq" və "Sabah" klubları arasında baş tutacaq UEFA Çempionlar Liqasının matçını idarə edəcək hakimlər açıqlanıb.
Sportal.az xəbər verir ki, ÇL-də liqa mərhələsinn 4-cü turunun görüşünü Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi FIFA referisi Sander van der Eykdir. Ona həmyerliləri Rens Bluemink və Stefan de Qroot kömək göstərəcək. Dördüncü hakim funksiyasını Joey Kooij yerinə yetirəcək.
Xatırladaq ki, “Vikinq” – “Sabah” görüşü noyabrın 4-də keçiriləcək və həmin matça Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
saytlarin hazirlanmasi
