İngiltərə millisinin sabiq qapıçısı Robert Qrin “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martinesin “Çelsi” ilə oyunda (0:2) meydandan qovulmasını şərh edib.
Sportal.az xəbər verir ki, ingiltərə Premyer Liqasının 9-cu turunun matçında argentinalı müdafiəçi 50-ci dəqiqədə hesabı açan Morqan Rocersin qarşısını ala bilməyib. Martines 59-cu dəqiqədə Rocersə qarşı qayda pozuntusuna görə sarı vərəqə alıb, 63-cü dəqiqədə isə öz cərimə meydançasında Uesli Fofananın üzünə əllə zərbə endirdiyi üçün meydandan qovulub. Təyin olunan penaltini Koul Palmer dəqiq yerinə yetirib.
"Mənim üçün ən diqqətçəkən məqam Martinesin qırmızı vərəqə aldıqdan sonra meydanı tərk etdiyi görüntülər idi. Maykl Karrik hətta ona tərəf baxmadı. Soyunub-geyinmə otağında adətən iki qayda olur: gecikmə və axmaqlıq etmə. Düşünürəm ki, komandanın digər futbolçuları onun bu qaydalardan birini pozduğu qənaətindədirlər" – deyə Qrin bildirib.
saytlarin hazirlanmasi
