"Əl-Nəsr"dən Joao Feliş qərarı

19:41 - 2 Noyabr 2026

"Əl-Nəsr" Joao Felişin mövsümün sonunda başa çatan müqaviləsinin müddətini artırmaq istəyir.

Sportal.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Klub portuqaliyalı hücumçuya 2 illik yeni sözləşmə təklif edəcək. 26 yaşlı futbolçunun illik 10 milyon avro olan maaşının 12,5 milyon avroya yüksəldilməsi planlaşdırılır.

Qeyd edək ki, "Əl-Nəsr" Joao Felişi 2025-ci ilin yayında "Çelsi"dən 35 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü cari mövsümdə Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti