Polşada futbol üzrə Ekstraklasanın 14-cü turuna yekun vurulub.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” səfərdə “Legiya” ilə qarşılaşıb. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Keçmiş klubuna qarşı matça start heyətində başlayan Emreli 58-ci dəqiqədə komandasının ikinci qolunun vurulmasında məhsuldar ötürmə ilə yadda qalıb. O, 73-cü dəqiqədə əvəzlənib.
Hazırda “Rakuv” 12 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
