Messi MLS-də mövsümün bombardiri oldu

11:48 - 8 Noyabr 2026

"İnter Mayami"nin futbolçusu Lionel Messi 2026-cı il MLS mövsümünün bombardiri olub.

Sportal.az xəbər verir ki, argentinalı futbolçu 26 qol vurmağı bacarıb.

O, "Dallas”dan Petar Musa (22) ikinci, “Neşvill”dən isə Sem Surrici (21) qabaqlaya bilib. “Şarlott"un yarımmüdafiəçisi Pep Mas 18 məhsuldar ötürmə ilə məhsuldar ötürmə siyahısına başçılıq edib.

Messi "Çinşinnati"nin yarımmüdafiəçisi Evanderlə (hər ikisi 17 məhsuldar ötürmə edib) ikinci yeri bölüşüb.

Xəbər xətti