Azərbaycan komandası Seneqalda daha iki qızıl medal qazandı

09:22 - 9 Noyabr 2026

Azərbaycan komandası Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında daha iki qızıl medal qazanıb.

Sportal.az xəbər verir ki, çimərlik güləşi üzrə yarışlarda Elgün Kərimli və Tunar Quliyev çempion olub.

Quliyev 70 kq, Kərimli isə 90 kq çəki dərəcəsində rəqib tanımayıb. Nihad Süleymanlı (80 kq) isə gümüş mükafat əldə edib.

Xatırladaq ki, yarışda daha əvvəl cüdoçumuz İbrahim Talıbov (55 kq) qızıl medala sahib çıxmışdı.

Xəbər xətti