"Beşiktaş" tanınmış futbolçuya təklif göndərəcək

11:49 - 10 Noyabr 2026

"Beşiktaş" transfer çalışmalarını davam etdirir. 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Los-Anceles”də oynayan Son Honq-mini heyətinə qatmaq niyyətindədir.

34 yaşlı cənubi koreyalı futbolçu özü də Türkiyədə oynamağa mənfi yanaşmır. Onun MLS klubu ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir. 

O, karyerası ərzində “Hamburq”, “Bayer”(Leverkuzen), “Tottenhem” klublarında oynayıb.
 

Xəbər xətti