Niderland millisi üçün ciddi itki

21:22 - 9 Noyabr 2026

"Liverpul"un müdafiəçisi və Niderland millisinin kapitanı Vircil van Deyk yığma komandanın noyabr ayındakı təlim-məşq toplanışından kənarlaşdırılıb.

Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu Premyer Liqada “Kristal Palas”la(3:1) görüş zamanə zədələnib.

Buna görə də, o, Yunanıstan və Almaniyaya qarşı Millətlər Liqası oyunlarında oynaya bilməyəcək.

Bu, Van Deykin oktyabr ayında 100-cü oyunundan sonra milli komandada ardıcıl ikinci dəfə iştirak etməməsidir.

Xəbər xətti