"Mançester Yunayted" braziliyalı müdafiəçini transfer etmək istəyir

16:39 - 9 Noyabr 2026

"Mançester Yunayted" müdafiəx xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Nottingem Forest"də çıxış edən Murilyodur. Bu barədə "Football Insider" məlumat yayıb.

"Qırmızı şeytanlar"ın planı braziliyalı futbolçunu gələn ilin yayında transfer etməkdir. "Mançester Yunayted" 24 yaşlı mərkəz müdafiəçisi üçün yüksək məbləğdə transfer məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, "Nottingem Forest" Murilyonu 2023-cü ilin yayında "Korintians"dan 13 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə "qırmızılar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti