"Kəpəz"in bazasında C kateqroyalı məşqçilik kursları başlanıldı

20:53 - 9 Noyabr 2026

Bu gün "Kəpəz" Təlim-Məşq Mərkəzində AFFA-nın C kateqoriyalı məşqçilik kursları başlanıb.

Sportal.az xəbər verir ki, kurslara "Kəpəz" PFK-nın əsas komandasının məşqçisi Etibar İbrahimov rəhbərlik edir. "Kəpəz" Futbol Akademiyasının koordinatoru Vasif Vəliyev təlimatçı, İlkin Verdiyev və Talıb Rzayev isə tutor (məsləhətçi) funksiyasını yerinə yetirir.

AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov tədbirə qonaq qismində qatılıb. 

Təlimlərdə Gəncə, Tovuz, Şəmkir və Samuxdan 15-dək çalışdırıcı iştirak edir. "C" kateqoriyası almağı arzulayanlar arasında "Kəpəz" Futbol Akademiyasının əməkdaşı Sahil Şahməmmədov da var. 

Kursların birinci modulu noyabrın 12-dək davam edəcək. Ümumilikdə 4 moduldan ibarət kursların yekununda fərqlənənlər müvafiq kateqoriyaya sahib çıxacaqlar.

Xəbər xətti