Simiç "Sumqayıt"a qarşı oynayacaq? - məşqləri bərpa etdi

21:22 - 10 Noyabr 2026

Çempionlar Liqasının 4-cü turunda Norveçin "Vikinq" klubuna qarşı(4:1) görüşdə zədəsini daha da ağırlaşdıran "Sabah"ın serbiyalı yarımmüdafiəçisi Velko Simiç fərdi məşqlərə qayıdıb.

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçunun milli oyunlara görə verilmiş fasilədən sonra hazır olacağı gözlənilir.

Lakin onun Misli Premyer Liqasının 12-ci turunun “Sumqayıt”a qarşı oyununda meydana çıxıb-çıxmayacağı dəqiq deyil.

Bu görüş noyabrın 20-də keçiriləcək.

Xəbər xətti