Türkiyənin “Serikspor” klubunun baş məşqçisi, vaxtı ilə “Bakı” və “Xəzər Lənkəran”ı çalışdırmış Cüneyt Biçer Sportal.az saytına açıqlama verib.
İkinci Liqa klubunda işləyən Biçer Toral Bayramovun “Bursaspor”dakı durumuna şərh verib. O, son turda "Antalyaspor"la görüşdə uzaq məsafədən öz qapısına qol vuran millimizin üzvünün əsas heyətdə daimi oynamaq şanslarını da dəyərləndirib:
"Antalyaspor"a qarşı matç Toral Bayramov üçün şanssız oyun oldu. Ancaq ümumilikdə ilk ili üçün işləri yaxşı gedir. Türkiyəyə və komandaya adaptasiya olduqca, işləri daha da yaxşı alınacaq. Hər keçən gün Toralın xeyrinə işləyir. "Bursaspor"un güclü və çempionluğa iddialı komanda olduğunu da hamımız bilirik. Bu komanda Superliqaya geri qayıtmaq istəyir, komandada rəqabət yüksəkdir. Hər halda, Toral yaxşı oyunçudur və əsas heyətdə özünə yer edə bilər".
Mirbağırağa
saytlarin hazirlanmasi
