La Liqada 1000-ci oyun

15:12 - 10 Noyabr 2026

"Vilyarreal" İspaniya La Liqasının 12-ci turunda öz meydanında "Xetafe"ni 2:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, bu qarşılaşma "sarı sualtı qayıq" üçün İspaniya elitası tarixindəki 1000-ci oyun olub. "Vilyarreal" bu əlamətdar göstəriciyə çatan 20-ci klubdur.

Daha əvvəl "Real", "Barselona", "Atletik", "Valensiya", "Atletiko", "Espanyol", "Sevilya", "Real Sosyedad", "Betis", "Selta", "Saraqosa", "Valyadolid", "Osasuna", "Deportivo", "Sportinq Xixon", "Rasinq", "Ovyedo", "Malyorka" və "Las Palmas" klubları bu nailiyyəti əldə ediblər.

12 turdan sonra 15 xal toplayan "Vilyarreal" hazırda La Liqada 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti