"Latsio"nun baş məşqçisi Cennaro Qattuso A seriyasının 11-ci turunda “Napoli” ilə səfərdəki heç-heçə (1:1) haqqında danışıb.
Sportal.az “Football Italia”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandasının qələbə qazana bilməməsini şərh edib:
"Güclü komandaya qarşı çətin səfər oyunu oldu. Matçdan sonra paltardəyişmə otağına girdim və ora sanki morq kimi idi. İlk hissədə əla oyun keçirdik və ikinci hissənin əvvəlində bizi qapımıza sıxmışdılar. Amma bu, gözlənilən idi. Komandanın bugünkü məyusluğunu bəyənirəm. Bu uşaqlarla fəxr edirik. Bu cür vaxtda buraya gəlmək heç vaxt asan olmur, ona görə də məmnun olmalıyıq. Daha çox təbəssüm görmək istəyirəm. Mənim üçün komanda yenə də yaxşı oyun var idi".
"Latsio" 11 tura 29 xal toplayıb və liderdir.
saytlarin hazirlanmasi
