A Seriyası klubunda yeni baş məşqçi

18:22 - 10 Noyabr 2026

İtaliyanın "Sassuolo" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Roberto D’Aversa çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

51 yaşlı mütəxəssislə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Roberto D’Aversanın son iş yeri yayda ayrıldığı "Torino" olub. İtaliyalı məşqçi "Sassuolo"da Alberto Akvilanini əvəzləyib.

Xəbər xətti