"Şəki" - "Dinamo" matçında 5 qol - İCMAL

20:22 - 10 Noyabr 2026

Futbol üzrə Azərbaycan II Liqasında X turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, bu gün "Şəki" Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda "Dinamo"nu qəbul edib. Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 15-ə yüksəldən "Dinamo" turnir cədvəlinin VI pilləsində qərarlaşıb. 3 xalı olan "Şəki" isə sonuncu yerdədir.

"Şəki" - "Dinamo" 1:4
Qollar:
 T.Məmmədzadə, 75 - Y.Qarayev, 14, N.Muradlı, 28, Z.Bayramov, 90, N.Həsənzadə, 90+2

Xəbər xətti