Canni İnfantino FİFA-nın Donald Trampla ehtimal olunan əlaqələri səbəbindən ABŞ Konqresinə çağırıla bilər.
Sportal.az “The Telegraph” nəşrinə istin, İnfantinoya ifadə verməsi üçün rəsmi çağırış artıq yanvar ayında göndərilə bilər. FİFA-nın ABŞ prezidenti ilə ehtimal olunan əlaqələrinə dair araşdırmaya iyul ayında konqresmen Ceymi Raskin təşəbbüs göstərib. Demokratlar Partiyasının Konqresə aralıq seçkilərdə qələbə qazanacağı təqdirdə, Raskinin Nümayəndələr Palatasının Hüquq Komitəsinə rəhbərlik edəcəyi gözlənilir.
Bildirilir ki, araşdırma çərçivəsində komitə İnfantinonun Mayamidə çalışan ev işçisi ilə bağlı məlumatlar tələb edib. FİFA prezidenti müşaviri Karlos Kordeyrodan immiqrant qadının iş icazəsi almasına kömək etməsini istəyib. Sənədlərə görə, ev işçisinə ödənişlər FIFA Americas vasitəsilə həyata keçirilib. Bununla belə, FİFA hər hansı qanun pozuntusuna yol verildiyini inkar edir.
Araşdırma çərçivəsində İnfantinonun dünya çempionatına dair hüquqların bir hissəsini Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coşua Kuşnerə məxsus “Thrive Eternal” şirkətinə satmaq planları da nəzərdən keçirilir.
İddialara görə, Cared və Coşua Kuşner qardaşları da ifadə vermək üçün Konqresə çağırıla bilərlər. Lakin hazırkı mərhələdə Trampın özünün dindirilməsi ehtimalı az qiymətləndirilir.
Qeyd olunur ki, İnfantinonun Konqresə çağırılması və verəcəyi ifadələr 2027-ci ilin martına planlaşdırılan FİFA prezident seçkilərində onun mövqeyinə təsir göstərə bilər.
saytlarin hazirlanmasi

