"Beşiktaş" serb futbolçunu istəyir

13:38 - 12 Noyabr 2026

“Beşiktaş” daha bir futbolçunu heyətinə qatmağı planlaşdırır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi PAOK-un kapitanı Andriya Jivkoviçlə maraqlanır.

Türklər serbiyalı futbolçunun keçidini mövsümün sonunda reallaşdırmaq niyyətindədir. Jivkoviçin PAOK-la müqaviləsi də mövsümün sonunda başa çatacaq.

Saloniki təmsilçisi ona yeni müqavilə təklif etsə də, futbolçu yekun qərarını verməyib. “Partizan”ın yetirməsi olan Andriya 2020-ci ildə “Benfika”dan PAOK-a keçib.

Xəbər xətti