İspan futbolçu "Arsenal"dan ayrılmağı planlaşdırmır

10:35 - 11 Noyabr 2026

"Arsenal"ın yarımmüdafiəçisi Martin Zubimendi klubdan ayrılmağa yaxın olduğu barədə yayılan xəbərləri təkzib edib.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, ispan futbolçu müsahibəsində yeni komanda tapmaq üçün heç bir addım atmadığını bildirib:

“Mən heç kimlə əlaqə saxlamamışam və heç bir komandaya qoşulmağa da yaxın deyiləm. Heç nə yoxdur, qətiyyən heç nə yoxdur”.

27 yaşlı yarımmüdafiəçi bu mövsüm "Arsenal"da Premyer Liqada cəmi 100 dəqiqə oynayıb və bu da onun mümkün gedişi ilə bağlı şayiələri daha da artırıb. Oyunçu özü də sakit qaldığını və şansını səbirlə gözlədiyini və London klubu ilə müqaviləsinin 2030-cu ilə qədər olduğunu vurğulayıb.

Xəbər xətti