Fransa millisində ciddi itki - "Real"ın futbolçusu sıradan çıxdı

00:14 - 11 Noyabr 2026

Orelyen Tçuameni zədə səbəbindən Fransa millisinin düşərgəsini tərk edə bilər.

Sportal.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, “Real"ın yarımmüdafiəçisi qasıq nahiyəsindən aldığı zədə səbəbindən milli komandanın bugünkü məşqini vaxtından əvvəl başa vurub.

Bildirilir ki, Tçuameni cümə axşamı tibbi müayinədən keçəcək. Onun Fransa millisinin noyabr ayında Millətlər Liqası çərçivəsində İtaliya və Türkiyəyə qarşı keçirəcəyi oyunları buraxacağı istisna edilmir.

Daha əvvəl “İnter”in hücumçusu Markus Türam və “Yuventus”un müdafiəçisi Pyer Kalulu da zədə səbəbindən Fransa millisinin heyətindən çıxarılıblar.

Xəbər xətti