AFFA rəsmisinə UEFA-dan təyinat

09:22 - 11 Noyabr 2026

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, o, UEFA Qadınlar Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “OH Leuven” (Belçika) – “HB Köge” (Danimarka) oyununun UEFA nümayəndəsi olacaq.

Matç noyabrın 11-də Belçikanın Leuven şəhərində yerləşən “Den Dreef” stadionunda keçiriləcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Xəbər xətti