Millimiz Almaniyaya böyük hesabla uduzdu

16:25 - 11 Noyabr 2026

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası 2027-ci il 21 yaşadək futbolçular arasında Avropa çempionatının birinci seçmə mərhələsinin 2-ci qrupunda ilk oyununu keçirib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisi Almaniyadan olan həmyaşıdları ilə qarşılaşıb. Matç Almanların 7:0 hesablı qələbəsi ilə başa çatıb.

14:00 Almaniya (U17) - Azərbaycan (U17) 7:0

Növbəti turlarda Azərbaycan yığması Şimali İrlandiya (14 noyabr) və Litva (17 noyabr) ilə qarşılaşacaq.

Xəbər xətti