"Trabzonspor" basketbol komandası baş məşqçisi Səlcuq Ernak postundan göndərib.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb "Trabzonspor"un FIBA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda "Sabah"a 72:91 hesabı ilə məğlubiyyəti olub.
Klub rəhbərliyi uğursuz nəticələrdən sonra onunla yola davam etmək istəməyib.
Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının qrup mərhələsində ardıcıl iki qələbə qazanıb.
saytlarin hazirlanmasi

