De Bruyne Premyer Liqaya qayıda bilər

20:24 - 11 Noyabr 2026

"Everton" qış transfer pəncərəsi dövründə "Napoli"nin yarımmüdafiəçisi Kevin De Bruyneni heyətinə qatmaq imkanını nəzərdən keçirir.

Sportal.az xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi belçikalı futbolçunu Premyer Liqaya qaytarmaqda maraqlıdır və bu keçidlə bağlı artıq ilkin addımlar atıb. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

Liverpul təmsilçisinin nümayəndələri 35 yaşlı oyunçunun tərəfi ilə ilkin danışıqlar aparıblar. Bu müzakirələr zamanı tərəflər futbolçunun İngiltərəyə qayıtması perspektivini nəzərdən keçiriblər.

Qeyd edək ki, Kevin De Bruyne 2025-ci ilin yayında "Mançester Siti"dən ayrıldıqdan sonra azad agent statusu ilə "Napoli"yə keçib. Təcrübəli hücumameyilli yarımmüdafiəçi cari mövsümdə neapolluların heyətində meydana çıxdığı 15 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti