Mbappe İtaliyaya qarşı oynamayacaq

18:59 - 11 Noyabr 2026

Fransa milli komandası UEFA Millətlər Liqasının İtaliya ilə oyununa ciddi itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, kapitan Kilian Mbappe komandaya kömək edə bilməyəcək. Bu barədə "RMC Sport" məlumat yayıb.

"Real"ın hücumçusunun yüngül zədəsi var. 27 yaşlı forvard növbəti oyunda meydana çıxa biləcək.

Qeyd edək ki, Fransa yığması sabah səfərdə İtaliyanın qonağı olacaq, ayın 15-də isə doğma meydanda Türkiyəni qəbul edəcək.

Xəbər xətti