"Aston Villa" müdafiəçi Yan Maatsenin müqaviləsinin müddətini uzadacaq.
Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Premyer Liqa klubu artıq niderlandlı futbolçu ilə razılıq əldə edib. 24 yaşlı sol cinah müdafiəçisi yaxın günlərdə 2032-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşməyə imza atacaq.
Qeyd edək ki, "Aston Villa" Yan Maatseni 2024-cü ilin yayında "Çelsi"dən 44,5 milyon avroya transfer edib. Niderland millisinin üzvü cari mövsümdə Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.
saytlarin hazirlanmasi

