PSJ argentinalı üçün hərəkətə keçdi

11:22 - 12 Noyabr 2026

PSJ transfer çalışmalarını davam etdirir.

Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, Fransa çempionu “Benfika”nın yarımmüdafiəçisi Canluka Prestiannini transfer etmək niyyətindədir.

Paris təmsilçisi artıq 20 yaşlı futbolçu üçün qarşı tərəfə müraciət edib.

Prestianninin “Benfika” ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

Argentinalı əvvəllər “Velez Sarsfild”də də oynayıb.
 

Xəbər xətti